HƏMAS-ın İsrailin Şəfa xəstəxanasının rəhbərliyinə yanacaq tədarükü təklifini rədd etdiyi iddiası ictimaiyyətin geniş diqqətini çəkib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən iddia ilə bağlı HƏMAS Hərəkatı yazılı açıqlama verərək Şəfa xəstəxanasının idarəçiliyində tərəf olmadıqlarını və qərar vermə mexanizmində iştirak etmədiklərini açıqlayıb:
"Biz Şəfa xəstəxanasının rəhbərliyində tərəf deyilik. Oradakı qərar vermə mexanizmində Həmas-ın iştirakı yoxdur. Xəstəxana tamamilə texniki və inzibati işlərini həyata keçirən Fələstin Səhiyyə Nazirliyindən asılıdır".
Qeyd edək ki, bundan öncə İsrail Ordusunun sözçüsü HƏMAS-ı "Nasist ordusu" adlandıraraq onların Fələstinin Şəfa xəstəxanasına hakim olduqlarını və qərarları birbaşa icra etdiklərini iddia etmişdi.
Mikayıl