HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək

DÜNYA
23:52 26.02.2025
276

Fələstinin HƏMAS hərəkatı dörd ölü girovun meyitini bu gün baş tutması gözlənilən mübadilədə İsrail tərəfinə təhvil verəcəyini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı – "İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə özünün rəsmi teleqram kanalında yayıb.

"İsraillə razılaşmanın bir hissəsi olaraq qərara gəldik ki, axşam Ohad Yaalomi (həm də Fransa vətəndaşlığına malikdir), İshak Alqart, Şlomo Mansur və Tsaxi İdanın meyitlərini qarşı tərəfə təhvil verək”, - o yazıb.

OXŞAR XƏBƏRLƏR