HƏMAS əsir götürdüyü israilli hərbçilərin sayını AÇIQLADI

HƏMAS əsir götürdüyü israilli hərbçilərin sayını AÇIQLADI
DÜNYA
12:11 09.10.2023
324
Fələstinin müqavimət təşkilatı HƏMAS-ın silahlı bölməsi İzzəddin Qəssam Briqadaları blokada altındakı Qəzza zolağından İsrailə qarşı "Əqsa tufanı” adlı əməliyyata başlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın sözçüsü Əbu Ubeyde 100-dən çox yüksək rütbəli hərbçi olmaqla 100 nəfəri əsir saxladıqlarını açıqlayıb.

HƏMAS-a bağlı Əl-Əqsa TV-də yayımlanan çıxışında Ubeydə açıqlamasında deyib:
 
"İsrail Qəzzəyə etdiyi hücumlarda öz əsgərlərini öldürdü. Aralarında yüksək rütbəli əsgərlər də daxil olmaqla 100-dən çox məhbusumuz var. Bu gün daha bir işğalçı qrupunu əsir götürdük və onları Qəzzaya gətirdi. Əl-Əqsa əməliyyatı davam edir".

Hücum səbəbiylə İsrailin dərin böhranla üzləşdiyini ifadə edən Əbu Ubeyde dünənki açıqlamasında onlarla israillinin əsir götürüldüyünü və israilli əsirlərin sayının Netanyahunun düşündüyündən qat-qat çox olduğun iddia edib.

İsrailli məhbusların Qəzza zolağında hər yerdə olduğunu bildirən Əbu Ubeydə İsrailin Fələstinə qarşı nə etsə, İsrailli məhbuslara da eyni hərəkətin ediləcəyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR