HƏMAS: "Fələstinin tanınması bizim hüquqlarımızı bərqərar etmək yolunda mühüm addımdır"

HƏMAS: "Fələstinin tanınması bizim hüquqlarımızı bərqərar etmək yolunda mühüm addımdır"
DÜNYA
11:30 23.05.2024
142
HƏMAS İspaniya, İrlandiya və Norveçin Fələstin dövlətini tanıyacaqlarını elan etməsini alqışlayıb.

AZXEBER.COM xəbər verir ki, dünyada Fələstini dövlət kimi tanıyan ölkələrin sayı artır. Bəzi Avropa ölkələri ardıcıl bəyanatlar verərək İsrailin hücumları altında ölkəni tanıyacaqlarını açıqlayıblar.

İlk bəyanatı Norveçin baş naziri Jonas Qahr Store verib. 

Skandinaviya ölkəsinin qərarı Qəzzaya ölüm yağdıran İsrailin Fələstinin tanınmasının ekstremizmi və qeyri-sabitliyi artıracağı xəbərdarlığı fonunda qəbul edilib.

HƏMAS-ın verdiyi açıqlamada İspaniya, İrlandiya və Norveç tərəfindən Fələstinin tanınması Fələstin xalqının öz torpaqlarına sahib olma haqqının bərqərar olması istiqamətində mühüm addım olaraq qiymətləndirilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR