HƏMAS girovların sayını açıqladı

HƏMAS girovların sayını açıqladı
DÜNYA
11:01 17.10.2023
177
 
HƏMAS Qəzzada 200-250 nəfəri girov saxladığını açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, girovlarla humanitar qanunlara uyğun davrandığını iddia edən HƏMAS müxtəlif millətlərdən olan məhbusları "şərait imkan verdikdə” azad edəcəklərini açıqlayıb.

HƏMAS-ın bəyanatında deyilir: "Başqa millətlərdən olan məhbuslar var. "Şərait imkan verəndə onları azad edəcəyik, - deyib.
 
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda məhbuslardan 22-nin həyatını itirdiyini iddia edən HƏMAS hücumlarda həyatını itirən son məhbusun Tel-Əvivli rəssam Qay Olives olduğunu açıqlayıb.

HƏMAS həmçinin İsraillə davam edən müharibəyə digər ölkələrin də qoşulmasına qarşı xəbərdarlıq edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR