HƏMAS girovların videosunu yayımladı - İsrail açıqlama verdi

HƏMAS girovların videosunu yayımladı - İsrail açıqlama verdi
DÜNYA
11:06 19.12.2023
164
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları saxladığı yaşlı məhbusların videosunu yayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail hökuməti həmin məhbuslarla bağlı açıqlama verib.
    
Videoda danışan 79 yaşlı məhbus bir qrup yaşlının yanında saxlandığını, hamısının xroniki xəstəlikləri olduğunu və ağır şəraitdə yaşadığını bildirib.

"İsrailin təməlini qoyan nəsil bizik, İsrail ordusunu yaradan bizik. Bizi burada niyə tərk ediblər anlamıram?", - deyə məhbus bildirib.
 
İsrail ordusunun sözçüsü Daniel Hagari HƏMAS-ın paylaşdığı videonun "vəhşi terror aktı" olduğunu söyləyib.

Həcəri əsirlərə müraciət edərək deyib:
 
"Ümid edirəm ki, məni eşidə bilərsiniz. Evinizə sağ-salamat qayıtmağınıza kömək etmək üçün hər şeyi edirik, bunu bilməlisiniz".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR