İsrailin Qətərin paytaxtına endirdiyi zərbədən HƏMAS rəhbərliyi xəsarət almayıb.
Bunu "Əl Ərəbi” telekanalına hərəkatın siyasi bürosunun üzvü Abdul-Rəhman Şadid deyib.
"İsrail zərbələri zamanı hərəkatın rəhbərliyi xilas edilib. Hərəkatın qərargahında inzibati vəzifələri yerinə yetirən ümumilikdə 5 nəfər həlak olub", - o bildirib.
/APA