HƏMAS-ın rəhbərlərindən birinin görüntüləri yayıldı - VİDEO

HƏMAS-ın rəhbərlərindən birinin görüntüləri yayıldı - VİDEO
DÜNYA
12:02 14.02.2024
141
HƏMAS-ın yüksək səviyyəli simalarından biri olan Yəhya Sinvarın yeraltı tunellərdə olduğunu göstərən qeydlər ortaya çıxıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS-ın sirli lideri Yəhya Sinvarın Qəzzanın altındakı yeraltı tunellərdəki görüntüləri İsrail ordusunun rəsmi sosial media hesablarında yayımlanıb.
 
Görüntülərdə Sinvar həyat yoldaşı, uşağı və qardaşı ilə birlikdə yeraltı tunellərdən keçərkən görüntülənib.

Yeni yayımlanan videoda ailənin oktyabrın 10-da Xan Yunisin altındakı tuneldən keçdiyi görünür; Sinvarın qardaşı İbrahim əlində fənərlə tunelə doğru gedir. Qardaşı dar tunellə yeriməyə davam edərkən arxadan ailəyə baxdığı görünür, Sinvarın arvadı kiçik bir qız və iki oğlanla onu izləyir.

İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bir gün əvvəl verdiyi açıqlamada, "Sinvarı ölü və ya diri yaxalayana qədər onu təqib etməyi dayandırmayacağıq. Bu və ya digər videonun əhəmiyyəti yoxdur. Vacib olan kəşfiyyat məlumatlarının HƏMAS-ın yüksək səviyyəli rəsmilərinə və girovlara çatmasıdır", - deyə Həcəri deyib.
 
HƏMAS rəhbərlərinin Qəzzada harada olması ilə bağlı şərh verməyib.
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR