HƏMAS: İsrail helikopterini raketlə vurduq

HƏMAS: İsrail helikopterini raketlə vurduq
DÜNYA
10:56 26.10.2023
172
HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları İsrail helikopterini SAM-7 raketi ilə vurduqlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında İsrail ordusuna məxsus helikopteri hədəfə aldığını açıqlayıb.

"Əl-Əqsa” televiziyasının "Telegram” kanalında verilən açıqlamada Qəssam Briqadalarının Qəzzanın mərkəzi bölgələrindəki Əl-Bureyc Qaçqınlar Düşərgəsində bir İsrail helikopterini hədəf aldığı bildirilib.

Açıqlamada "Qəssam Briqadaları SAM-7 raketi ilə Əl-Bureycdən şərqdə bir İsrail helikopterini vurdu, qırıcılarımız helikopterin vurulduğunu təsdiqlədi" ifadələri işlədilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR