HƏMAS İsrail kəşfiyyatını belə aldadıb - Bir il əvvəlki görüntülər ortaya çıxdı

HƏMAS İsrail kəşfiyyatını belə aldadıb - Bir il əvvəlki görüntülər ortaya çıxdı
DÜNYA
11:30 07.11.2023
208
İsraildə "Walla" internet saytı HƏMAS-ın 7 oktyabrdan əvvəl 18 ay ərzində İsrail kəşfiyyatını saxta videolarla aldatdığını yazıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, saytda oktyabrın 7-də səhər saatlarında Həmas və Fələstin qruplarının təşkil etdiyi "Əqsa tufanı" əməliyyatından əvvəl həyata keçirilən aldadıcı təfərrüatlar yer alıb.
 
Xəbərdə HƏMAS-ın oktyabrın 7-dən əvvəl üzvlərinin təlimləri ilə bağlı məlumat və videoları bilərəkdən paylaşdığı, eyni zamanda İsrail kəşfiyyat xidmətlərinə müntəzəm təlimlər keçirdiyini bildirməyə istiqamət verdiyi ifadə edilib.

Qeyd edilib ki, İsrail ordusu və kəşfiyyatı bu hücumdan xəbərsiz olub.

Xəbərdə HƏMAS-ın təlimləri zamanı dənizə doğru raketlərin atıldığı, məsafənin ölçüldüyü və döyüş sursatlarının öyrədilməsi ilə bağlı məlumatlar da yer alıb.

Əməliyyat çərçivəsində HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının da təlim klipləri hazırladığı vurğulanıb.

Hazırlıq videolarında HƏMAS üzvlərinin atəş halqasından tullanması, yerdə yuvarlanması, motosikletdən və ya avtomobildən tullanmasının İsrail kəşfiyyatı tərəfindən absurd və qeyri-peşəkarlıq kimi qiymətləndirildiyi bildirilib. 
 
Mikayıl
 

 

 

 


OXŞAR XƏBƏRLƏR