HƏMAS: İsrail Ordusunun Nuseyratda əməliyyatı zamanı üç israilli girov öldürülüb

HƏMAS: İsrail Ordusunun Nuseyratda əməliyyatı zamanı üç israilli girov öldürülüb
DÜNYA
22:58 09.06.2024
273

HAMAS İsrail Ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində 4 israilli girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı 3 israilli girovun öldüyünü iddia edib. 

Bu barədə HAMAS-ın "Telegram” kanalında məlumat yerləşdirilib. 

Qeyd edilib ki, İsrail Ordusu girovlardan bir neçəsini azad edib, lakin həmin düşərgədə biri ABŞ vətəndaşı olmaqla, 3 girovu öldürüb. 

HAMAS-ın yaydığı videoda öldürüldüyü iddia edilən girovların üzləri örtülmüş şəkildə meyitləri göstərilir. 

Qeyd edək ki, iyunun 8-də İsrail Ordusu Nuseyrat bölgəsində xüsusi əməliyyatın keçirildiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülmüş 4 israillinin azad edildiyini açıqlayıb. 

Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun Nuseyrat qaçqın düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinlinin öldüyünü, 698 nəfərin yaralandığını açıqlayıb./apa

OXŞAR XƏBƏRLƏR