HƏMAS İsrailə kiberhücumlar etdi - İdman klublarının saytları çökdü

DÜNYA
11:49 08.10.2024
188
 
HƏMAS-ın Qəssam qruplaşmaları İsrailə qarşı irimiqyaslı kiberhücumlara başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde açıqlayıb.
 
Belə ki, genişmiqyaslı kiberhücumlar nəticəsində hakerlər İsraildəki idman saytlarına sızıb.

Hakerlər böyük klubların və basketbol, ​​həndbol və üzgüçülük federasiyalarının internet səhifələrinə sızıblar.
 
Sızılmış saytlar arasında "Maccabi Tel Aviv", "Hapoel Tel Aviv", "Maccabi Rishon Lezion" və "Hapoel Beersheba" futbol klubları, həmçinin basketbol, ​​həndbol və üzgüçülük federasiyaları var.

Saytlarda arxa planda Məscidül-Əqsa və öndə "Qəza ƏbədiDİR” (QAZA FOREVER) və "Müharibə başladı, hazır ol” sözləri və Əbu Ubeydənin şəkli yer alıb.
 
Məlumata görə, həmin paylaşımlar silinib, lakin saytların sındırılması nəticəsində dəyən ziyanın miqyası hələ müəyyən edilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR