HƏMAS İsrailə niyə indi hücum etdi? - Mütəxəssislərin təəccüblü şərhi

HƏMAS İsrailə niyə indi hücum etdi? - Mütəxəssislərin təəccüblü şərhi
DÜNYA
11:32 09.10.2023
269
HƏMAS-ın qəfil hücumundan sonra Yaxın Şərqdə gərginlik bir an belə azalmır.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bu müddət ərzində HƏMAS-ın İsrailə niyə hücum etməsi ilə bağlı təəccüblü təhlillər dərc ediblər.

HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının dünən səhər saatlarında İsrailə "Əqsa tufanı” adlanan hücumundan sonra bölgədə gərginlik yüksəlib.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Ekspertlər bu dövrdə HƏMAS-ın hücumu niyə həyata keçirməsi ilə bağlı diqqətçəkən təhlillər aparmağa başlayıblar. İngiltərə qəzetlərindən olan "Sunday Times”ın əməkdaşı Luiza Kallaqan "Həmas nə üçün indi hücuma keçdi?” başlıqlı məqalə yazıb.

"Həmas niyə indi hücum etdi? Hücum, əksəriyyəti gənc fələstinli kişilərdən ibarət qrupların etiraz aksiyaları keçirdikləri Qəzza sərhədləri boyunca İsraillə aylardır davam edən gərginliyin ardınca baş verib. Lakin bu nümayişlər bir neçə gün əvvəl Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəslə başa çatıb. Ölkənin yüksək məhkəməsi ilə bağlı aylarla davam edən çəkişmələrlə sarsılan İsrail hökumətindəki daxili xaosun onun hazırlıqlarına necə təsir etdiyi hələ də bəlli deyil. Lakin hücumun çoxdan planlaşdırıldığı aydındır”, deyə məqalədə bildirilib.

Kallaqan HƏMAS-ın İsrailin Qəzzadan çəkilməsindən sonra illər ərzində raket arsenalı qurduğunu ifadə edərək, İran istehsalı olan döyüş sistemlərinə malik olduğunu açıqlayıb. Təhlildə həmçinin HƏMAS-ın ehtiyatlarını və silahlarının effektivliyini zaman keçdikcə artırdığı bildirilib.

Britaniyanın "Reuters” xəbər agentliyinə danışan mənbə hücumun vaxtına diqqət çəkib.

Anonim mənbə deyib: "Bu, İsrailə və onların İsraillə normallaşmasını dəstəkləyən Amerikaya meyl edən Səudiyyə Ərəbistanına bir mesaj idi. Baş verənlər gözlənilməz oldu. Bu gün bu münaqişədə dönüş nöqtəsidir”.

İngiltərənin "The Guardian” qəzeti də geniş təhlil dərc edib. Bethan McKernanın yazdığı təhlildə deyilir: "Həmasın uzunmüddətli perspektivdə nəyə nail olacağı hələ bəlli deyil. Bu, İsraildəki ifrat sağçı hökumət üçün də problem yaradır. İsrailin quru əməliyyatı keçirməsi ehtimalı var. "Bu, 2014-cü ildən bəri bir ilk olacaq".

Ayşən
OXŞAR XƏBƏRLƏR