HƏMAS İsraillə gözlənilən atəşkəs razılaşmasının Qətər tərəfindən elan ediləcəyini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Həmas Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsraillə gözlənilən atəşkəs razılaşması ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlaması zamanı deyib.
Rişk açıqlamasında deyib:
"İndi iş Qətərə qalıb. Onlar İsraillə gözlənilən atəşkəs razılaşmasını elan edəcəklər. Sazişin təfərrüatları daha sonra açıqlanacaq".
Rişk bildirib ki, razılaşmaya uyğun olaraq yardımların gəlməsi və hər iki tərəfdən qadın və uşaqların azad edilməsi müqabilində atəşkəsdən söhbət gedir.
Mikayıl