HƏMAS lideri: "İsrailin son hücumları atəşkəs danışıqlarını təhlükə altına sala bilər"

HƏMAS lideri: "İsrailin son hücumları atəşkəs danışıqlarını təhlükə altına sala bilər"
DÜNYA
12:43 09.07.2024
114
"İsrailin Qəzzaya son hücumu atəşkəs danışıqlarını təhlükə altına sala bilər".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Həmas lideri İsmayıl Haniyə deyib.
 
Qəzza şəhər mərkəzini hava və artilleriya birlikləri ilə bombalayan İsrail ordusu dünən tanklarla üç fərqli istiqamətdən şəhər mərkəzinə daxil olaraq mülki vətəndaşlara şəhəri tərk etmə əmri verib.

Dünən axşam verdiyi açıqlamada, HƏMAS lideri hücumların danışıqları dalana dirəyə gətirmək məqsədi daşıdığını bildirib və vasitəçiləri İsrailin baş naziri Benyamin Netanyahunu nəzarət altına almağa çağırıb.
  
Qeyd edək ki, oktyabrdan bəri Qəzza şəhərinin böyük hissəsi İsrailin bombardmanları nəticəsində dağıdılıb. Şəhərin mərkəzində İsrail ordusu ilə HƏMAS yaraqlıları arasında qarşıdurmalar davam edərkən, mülki əhalinin əksəriyyəti şəhəri tərk edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR