HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib
DÜNYA
09:42 30.03.2025
170
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.

"HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi", – o söyləyib.

Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail media orqanı yenilənmiş və uzadılmış atəşkəs müqabilində beş israilli məhbusun azad ediləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR