HƏMAS atəşkəsin ikinci mərhələsi üçün danışıqların başlamadığını və işğalçı İsrailin baş naziri Binyamin Netanyahunun prosesi gecikdirdiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Həmas sözçüsü Əbdüllətif Kanu sosial mediada atəşkəs prosesi ilə bağlı açıqlama verib.
Kanu, HƏMAS-ın atəşkəs razılaşması və əsir dəyişdirmə razılaşmasının bütün mərhələlərini həyata keçirməyə hazır olduğuna diqqət çəkərək, İsraildən razılaşmanın "humanitar protokolun bütün müddəalarını" həyata keçirməsini gözlədiklərini bildirib.
Kanu həmçinin bildirib ki, Qəzzada əldə edilən məhbus mübadiləsi və atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid üçün danışıqlar hələ başlamamışdır.
HƏMAS-ın ikinci mərhələ üçün danışıqlara başlamağa hazır olduğunu bildirən Kanu, Netanyahunun atəşkəsin ikinci fazası ilə bağlı prosesdə dalana dirəndiyini qeyd edib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında əldə olunan üç fazalı atəşkəs və məhbus mübadiləsi razılaşması 19 yanvar, bazar günü GMT vaxtı ilə 12:15-də qüvvəyə minib. Razılaşmanın birinci mərhələsi martın 2-də başa çatsa da, ikinci mərhələyə keçid üçün dolayı danışıqlar hələ başlamayıb.
Gülay