"Netanyahu razılaşmanı gecikdirir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri HƏMAS Hərəkatının Siyasi Büro üzvü İzzət ər-Rişk Telegram səhifəsində İsrail baş nazirliyinin Qəzzada razılaşmanı əngəllədiyi iddiası ilə bağlı açıqlamasında deyib.
O həmçinin qaçan tərəfin də İsrail olduğunu bildirib: "Müqaviləni təxirə salan, qaçan və razılaşmaya maneələr yaradan Netanyahunun özüdür”.
HƏMAS-ın razılaşmanın əldə edilməsinin yolunu açdığını ifadə edən Rişk bunları deyib:
"HƏMAS İsrailin maneələrini dəf etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsində yer alan məsələləri, o cümlədən ABŞ prezidenti Co Baydenin atəşkəs, işğalçı ordunun Qəzza zolağından çıxarılması və məhbus mübadiləsi ilə bağlı müraciətini müsbət qarşılasa da, Netanyahu bunu etmədi”.
Gülay