Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.
AZXEBER.COM "Report"a istinadən verdiyi məlumata görə, bunu Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.
Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.