HƏMAS rəsmisi: "Netanyahunun məhbus mübadiləsi təklifiylə razıyıq"

DÜNYA
12:40 02.09.2024
129
"Qəzzada atəşkəs və məhbus mübadiləsi üçün İsraillə real danışıqlar yoxdur və Netanyahunun tələb edəcəyi təqdirdə razılaşmaya hazırıq".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Halil əl-Hayye Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
 
O bildirib ki, sülh prosesiylə əlaqədar hələlik heç bir nəticə də yoxdur:
 
"Hazırda real danışıqlar yoxdur. Danışıqlar iki həftədir davam edir, lakin heç bir nəticə yoxdur. Təəssüf ki, vaxt itiririk. Netanyahu məhbus mübadiləsini istəsə biz hazırıq".
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR