İsrailin Qəzzaya hücumları davam edərkən İordan çayının qərb sahilinə nəzarət edən HƏMAS və Fəth hərəkatlarının Moskvada görüşəcəyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin HƏMAS və Fəth qruplarının birləşmiş Fələstin hökumətinin yaradılmasını müzakirə etmək üçün görüşəcəyi açıqlanıb.
Rusiyanın "RİA Novosti ” xəbər agentliyinin məlumatına görə, iki qrup fevralın 29-da Moskvada Qəzzanın yenidən qurulması və Fələstinin birləşdirilməsi gündəmi ilə görüşəcək.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da görüşü təsdiqləyib.
HƏMAS administrasiyasından Məhəmməd Nazzal da Qəzzanın gələcəyi ilə bağlı Fələstin rəhbərliyi ilə HƏMAS arasında heç bir rəsmi əlaqənin olmadığını və danışıqlar prosesində irəliləyiş əldə etməyi hədəflədiklərini bildirib.
Gülay