Həmidə Ömərova: “Aygün Bəylər son konsertində o qədər ürəkdən oxuyurdu ki…” - VİDEO

Həmidə Ömərova: “Aygün Bəylər son konsertində o qədər ürəkdən oxuyurdu ki…” - VİDEO
SOSİAL
11:45 08.01.2024
208
"Hər birimiz şokdayıq. Bunu biz heç birimiz gözləmirdik”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında aktrisa Həmidə Ömərova mərhum müğənni Aygün Bəylər haqda danışarkən deyib.

"Aygünün son konserti son dərəcə gözəl keçdi. O qədər gözəl keçdi ki, mən ömrümdə belə bir konsert görməmişdim. O qədər ürəkdən oxuyurdu ki.. O, hər mahnını yenidən yaradırdı. Mən Aygün sevənlərə səbrli olmağı arzulayıram. Biz böyük bir istedadlı şəxsi itirdik. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Qızına səbr diləyirəm. Mənə belə gəlir ki, onun gözəl həyatı olacaq. Xalqımız Aygün Bəylərə olan sevgisini onun qızında ifadə edəcək. Qızı çox layiqli bir şəxsiyyət olacaq”.
OXŞAR XƏBƏRLƏR