‘Həmin binaların yerinə daha müasir, hündürmərtəbəli yataqxana tikiləcək’ - FOTOLAR

‘Həmin binaların yerinə daha müasir, hündürmərtəbəli yataqxana tikiləcək’ -  FOTOLAR
14:06 13.03.2013
2583

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesi başlanılıb.

Köçürülmə prosesinə dünəndən start verilib. BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək.

Məsələylə bağlı AZXEBER.COM-a danışan BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova burada yeni yataqxana kompleksinin tikiləcəyini söyləyib:

“Həmin binaların yerinə daha müasir, hündürmərtəbəli yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. BDU-nun tələbələri bu yataqxanalardan istifadə edə biləcək. Artıq burada inşası nəzərdə tutulan yeni yataqxana kompleksinin layihəsi tam hazırdı”.

Qeyd edək ki, BDU-nun yataqxanalarının köçürülməsinin dəqiq nə zaman başa çatacağı hələlik məlum deyil. BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

Fotolar "Həftə-içi" qəzetinə aiddir...

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR