"Donbas və Novorossiya Rusiyanın tarixi bölgələridir”.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Dövlət Dumasında məruzə ilə çıxış edərkən bildirib.
"Həmçinin tarixi regionlara dəstək məsələsinə gəlincə, - bunlar digərləri ilə eyni regionlardır. Bu, Rusiya Prezidenti Vladimir Putinin bizim qarşımıza qoyduğu vəzifədir. 2030-cu ilə qədər bu ərazilərdə hər şey ölkənin digər regionlarında olduğu kimi olmalıdır. Təbii ki, fərqli şeylər var, amma Rusiyanın federal standartı bu regionlarda da tətbiq edilməlidir”, - deyə Baş nazir qeyd edib.