Xalq artisti Aygün Kazımova həmkarı Faiq Ağayev üçün özəl mahnı oxuyub.Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Pərdə” verilişinə açıqlamasında deyib.O, qatıldığı bir məclisdə mahnılarını F. Ağayev üçün səsləndirdiyini bildirib:“Bu yaxınlarda Faiqlə eyni məclisdə idik. Orada yarım saat səhnə aldım. Həmin gecə bütün mahnılarımı Faiq üçün oxudum. Ad günü məclisini də elə o özü təşkil etmişdi”.