'Həmin jurnalist eybəcərin biri imiş'

İDMAN
10:56 09.01.2012
1686
“Partizan”ın qapıçısı haqda yazılanları mən də mətbuatdan oxudum. Serbiyada kimsə bunu özündən fikirləşib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib.O, Serbiya “Partizan”ının qapıçısı Vladimir Stoykoviçin “Xəzər Lənkəran”a gətirilməsi haqda yazılanlara münasibət bildirib. 30 yaşlı hücumçu onun adından Serbiya mətbuatında peyda olan fikirləri təkzib edib: “Mən belə bir şey deməmişəm. Heç vaxt deməzdim də. Bu yalan və şayiədir. Mən ümumiyyətlə heç kimi klub rəhbərliyinə məsləhət görməmişəm. Heç məndə bu haqda soruşan da olmayıb. Futbol oynayıram və hələlik yalnız bu işlə məşğul oluram”.Branimir Bakıdakı dostları ilə restoran açması haqda yazılan xəbəri təsdiqləyib: “Bunda pis bir şey görmürəm. Mən bunu jurnalistlə səmimi söhbətdə demişəm, yazmaq üçün yox. Amma o gedib hamısını qəzetə yazıb. O, eybəcərin biri imiş”.   

OXŞAR XƏBƏRLƏR