Röya Ayxan "Elgizlə izlə" verilişində dəvət aldığı məclislərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, Xalq artisti həmin məclislərdən qonorar alıb-almamasına aydınlıq gətirib.
"Təbii ki, həmkarlarımın məclislərinə qonorarla gedirəm. Çünki mənim böyük komandam var. Mən hansı birinə deyə bilərəm ki, bu gün pul yoxdur, gəl gedək. Mümkün deyil. Endirim də olunmur. Hamıya necə gedirəmsə, həmkarlarıma da elə yanaşıram", - deyə Röya bildirib.
Aysel









































