Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub

Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub
SOSİAL
11:25 22.11.2025
52
Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində təqsirləndirilən Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.
 
APA
OXŞAR XƏBƏRLƏR