‘Həmsədr dövlətlər Qarabağ münaqişəsinin ədalətli həlli üçün addım ata bilmir’ - Novruz Məmmədov

SİYASƏT
11:53 17.03.2014
824

Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. N.Məmmədov bildirib ki, Azərbaycan sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır: "Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub".

OXŞAR XƏBƏRLƏR