Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçəcəklər

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçəcəklər
10:51 03.04.2013
1048

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeniy Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aprelin 4-də təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə, aprelin 5-də isə təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar.

OXŞAR XƏBƏRLƏR