Həmsədrlər fevralın 3-də Bakıya gəlirlər

Həmsədrlər fevralın 3-də Bakıya gəlirlər
SİYASƏT
20:54 01.02.2018
1460
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.
 
Diplomatik mənbə APA-ya bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.
 
Onlar fevralın 3-də Bakıya gələcəklər.
 
Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
 
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
 
Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.
OXŞAR XƏBƏRLƏR