"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

SİYASƏT
23:48 22.10.2020
647
Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.

Prezident deyib ki, bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. "Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.
 
///Trend

OXŞAR XƏBƏRLƏR