“Həmsədrlərin bəyanatları boş sözlərdən başqa bir şey deyil”

“Həmsədrlərin bəyanatları boş sözlərdən başqa bir şey deyil”
12:14 08.06.2012
1493
“Ermənilərin cəbhədəki təxribat cəhdləri onların qorxduğunu göstərir. El arasında bir deyim var. İt qorxusundan hürür. Bu da ona bənzəyir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.O son zamanlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri təxribat adlandırıb: “Baş verənləri təxribatdan başqa bir şey hesab etmirəm. Hesab edirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri Ermənistana himayədarlıq edən dövlətləri qane etmir və bu təşkilati işlərdə iştirak edirlər. Ermənilər bununla iç üzlərini dünyaya göstərirlər”.
OXŞAR XƏBƏRLƏR