Həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirən əcnəbilər tutulub

Həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirən əcnəbilər tutulub
SOSİAL
14:37 15.11.2016
1033
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı ötən ay keçirilmiş tədbirlər zamanı isə 3 nəfər Pakistan, 4 nəfər Banqladeş vətəndaşı saxlanılıb.
 
DMX-dən verilən məlumata görə, araşdırma zamanı Banqladeş vətəndaşı Rony MD İftekjeir Uddin və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə öz həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirdikləri müəyyən edilib. Bu şəxslər Azərbaycan Respublikasına yalan vədlərlə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər.
 
Bildirilib ki, qanunsuz əməllərini Azərbaycanda əyani təhsil ilə pərdələməyə çalışan Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddinin həmvətəni Miah Tanıma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2000 manat tələb etdiyi məlum olub. Eyni zamanda Rony MD Iftekjeir Uddin ilə əlbir olan Latif Muhammadın Pakistan vətəndaşı Tariq Muhammad Hassana müvəqqəti yaşama icazəsi alınması üçün onun Azərbaycan vətəndaşı Əliyeva Zəhra Allahverdi qızı ilə məqsədli nikaha daxil olmasını təşkil etdiyi müəyyən edilib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Muhammadın ona Tariq Muhammad Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib. Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin sonradan ortaya çıxan bir sıra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəsmiləşdirə bilmədikləri qeyd edib. Bununla yanaşı Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib. Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MD Iftekjeir Uddinin əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər. DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır