Həmyaşıdları tərəfindən bıçaqlanan oğlanın atası fəryad etdi

Həmyaşıdları tərəfindən bıçaqlanan oğlanın atası fəryad etdi
DÜNYA
11:58 24.01.2024
184
"İnsan həyatı bu qədər ucuz olmamalıdır. Cinayətkarlar da cəzalandırılmalıdır".

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri yaşıdları tərəfindən qasıq sümüyündən bıçaqlanan türk vətəndaşın atası deyib. 

Hadisə ötən həftə Ərzurumun Əziziyyə rayonunda baş verib.  

Belə ki, Türkiyənin Ərzurum bölgəsində mübahisə nəticəsində yaşıdları tərəfindən qasıq sümüyündən bıçaqlanan Alperen Vatandaşın atası  səlahiyyətlilərə səslənərək oxşar hadisələrin təkrarlanmamasını və cinayətkarların ən ağır cəzanı almasını istəyib. 

Ərzurumda iki qrup 11-ci sinif  şagirdləri attestatlarını aldıqdan sonra mübahisə etməyə başlayıblar. Çiyin atma səbəbiylə çıxdığı iddia edilən davada Alperen Vətəndaş qasıq nahiyəsindən bıçaqlanaraq Atatürk Universiteti Araşdırma Xəstəxanasının təcili xidmətinə aparılaraq müalicə olunub. 

Alperen Vətəndaş hadisədən sonra həddindən artıq qan itkisi yaşasa da, edilən müdaxilələr nəticəsində həyatı təhlükədən çıxıb və müalicəsi hələ də davam edir. 

Oksana
OXŞAR XƏBƏRLƏR