Hər 10 qız uşağından biri zorlanır

MARAQLI
18:00 01.12.2014
1817
Dünyadakı hər on qız uşağından biri cinsi istismarın qurbanıdır. 
ANS PRESS-in məlumatına görə, bu barədə UNİCEF-in hesabatında qeyd edilir.
UNİCEF-in dünya miqyasında uşaqlara qarşı zorakılıqla əlaqədar yaydığı hesabatında qlobal miqyasda 20 yaşdan aşağı olan 120 milyon qızın cinsi təcavüzə və ya zorakılığa məruz qaldığı qeyd edilib. Bu, hər on qız uşağından biri deməkdir.
UNİCEF bundan başqa, təkcə 2012-ci ildə böyük bir qismi Latın Amerikası və Karib ölkələrindən olmaqla 95 min uşaq və gəncin öldürüldüyünü açıqlayıb.
Təşkilat dünya miqyasında uşaqların mütamadi olaraq zorakılğa məruz qaldığını bildirir.
Sənəddə 190 ölkə ilə əlaqədar məlumatlar yer alır.
UNİCEF-in baş direktoru Entoni Leyk uşaqlara qarşı olan zorakılğın “yaş, coğrafiya, din, etnik mənsubiyyət və gəlir qrupu sərhədlərindən asılı olduğunu bildirib.
UNİCEF-in hesabatına görə, iki və ya on dörd yaş arasındakı hər on uşaqdan altısı ona baxanlar tərəfindən mütəmadi şəkildə fiziki olaraq cəzalandırılır.
OXŞAR XƏBƏRLƏR