'Hər bir gəncimiz bilməlidir ki, tarixi Azərbaycan torpaqları bu günkü Azərbaycan torpaqlarından dəfələrlə böyük olmuşdur'

GƏNCLİK
11:33 07.05.2012
1643
AZXEBER.COM millət vəkili Ceyhun Osmanlının “İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransındakı çıxışının mətnini təqdim edir:Bakıdan Qazaxa, Şəkidən Lənkərana, Naxçıvandan Qarabağa, bütöv və bütün Azərbaycanı təmsil edən gənclərimizə salam olsun! Bizim xaricdə yaşayan və ürəkləri bizlərlə olan dostlarımız var. Dünyanın 240 şəhərinə yayılmış Azərbaycan gəncləri var. Ona görə Təbrizdən Vaşinqtona, Tokyodan İstanbula, Sidneydən Londona böyük bir coğrafiyaya yayılmış Azərbaycan gənclərini də buradan salamlayaq. Dəyərli dostlarım! Az öncə bir video izlədik. Fəaliyyətimizə az da olsa nəzər saldıq. Məndən sonra Nəzarət Təftiş Komissiyasının nümayəndəsi də faktlar və rəqəmlərlə çıxış edəcək. Ona görə də istərdim ki, Sizlərlə buradan rəqəmləri deyil, bəlkə də İRƏLİ haqqında deyilməyən bəzi səmimi fikirlərimi paylaşım. Həm də, əziz dostlar düşünürəm ki, İRƏLİ elə böyük bir sevda, elə böyük bir ailə, elə böyük bir ideyadır ki, onunla bağlı hesabatı 1 videoda, bir çıxışda deyil, bir ömür boyu vermək lazımdır. Bu hesabatın ünvanı xalqımızdır, millətimizdir! Xalqımıza, millətimizə ildə bir gün deyil, hər gün hesabat vermək bizim şərəf borcumuzdur. Millətimizə olan sevgimiz, millətimizə olan sevdamız bitməyəcəyi kimi, hesabatımız da heç bir zaman bitməyəcəkdir.Əziz dostlar! Bir neçə il bundan qabaq Sizlərlə bərabər böyük ümidlərlə bir təşkilat qurduq. Bu təşkilatı Azərbaycan insanının, cəmiyyətinin dövlətinin inkişafı üçün qurduq. Heç bir şey Azərbaycanı sevməkdən daha önəmli deyildir dedik. Heç bir şey Azərbaycan ideyasından daha önəmli deyildir dedik. Məhz İRƏLİ-nin durmadan güclənməsinin də səbəbi budur, əziz dostlar. Çünki İRƏLİ Azərbaycan ideyasına inanların təşkilatıdır. Çünki İRƏLİ qanı ilə, canı ilə Azərbaycan olanların təşkilatıdır. Kiminsə inkişaf deyə, demokratiya deyə arxasını Azərbaycana çevirdiyi zamanda, İRƏLİ üzünü Azərbaycana tutanların təşkilatı oldu. Kimlərinsə Böyük və güclü Azərbaycan ideyasına inanmadıqları zamanda, İRƏLİ Böyük Azərbaycan ideyasına inananların və bu ideyanı yaşadanların təşkilatı oldu. Kimlərinsə dinini, dilini, millətini arxa plana keçirdiyi bir dövrdə İRƏLİ bu dəyərləri başı üzərində gəzdirən, bu dəyərləri həyat mübarizəsi edənlərin təşkilatı oldu. Haqq səsimiz, nəfəsimiz, döyünən ürəyimiz olan bu təşkilata və onun üzvlərinə eşq olsun! Sağ olun, var olun, Əziz dostlar!Əziz İRƏLİ-çilər! Sizin də başqaları kimi seçiminiz var idi. Siz də özünüzü, öz rahatlığınızı düşünə bilərdiniz. Amma Siz `vətən daşı olmayandan olmaz ölkə vətəndaşı` deyərək əsl vətənpərvərliyi əməli addımlarla isbatladınız. Siz vətən deyib qaçanlardan deyil, vətən deyib öndə gedənlərdən oldunuz. Kimsə insan haqqları adı altında yalnız öz haqqını, öz rahatlığını aradığı bir zamanda Siz düşmənlərimiz tərəfindən haqqı tapdalanmış xalqımızın haqq səsinə çevrildiniz. Dünyada heç bir şey öz millətinə xidmət etməkdən, öz millətinin sevgisini qazanmaqdan daha dəyərli deyildir. Bu iradəniz, bu ruhunuz, bu inancınız hər zaman var olsun, dostlar! Biz hər cür adamlar görmüşük! Yunus Əmrə demişkən `Çox insanlar görmüşük geyinməyə paltarı yox, çox paltarlar görmüşük içində insan yox`. Lazım olsa vətən üçün ölərəm deyən, amma sonra vətən sevgisini alver predmetinə döndərənləri də görmüşük... Amma səssiz-küysüz bir şəkildə `Vətən sağ olsun` deyə məktub yazaraq əməli ilə hər birimiz üçün mərdlik nümunəsi olan Mübariz İbrahimovu da görmüşük. Biz 1 milyarda yaxın insana Azərbaycanı tanıdan Eldar və Nigarı da görmüşük, bu gün onların uğuruna müxalif olanları da görürük. Eurovision mövzusu açılmışkən 2 cümlə də bu barədə deyim, son dövrlər bu mövzu yaman dəbdədir. Əziz dostlar, əslində bir yandan baxanda Eurovision-a müxalifət olması normaldır. Deyəcəksiniz niyə! Çünki bu uğur Azərbaycanı sevən hər kəsin ürəyində hakimiyyət qurub. Azərbaycanı sevənlərin ürəyində hakimiyyət qurubsa, demək ki, sevməyənlərin də ürəyində Eurovision müxalifətdədir. Amma məncə Azərbaycanda müəyyən müxalif dairələrin Eurovision naminə görülən işləri tənqid etməkdənsə təqdir etməli idilər. Ən azından ona görə ki, Crystal Hall-a gedən yol, müxalifətin mitinq keçirdiyi meydanın yanından keçir. Və indi müxalifət həmin meydana daha müasir yollarla gedir... İkincisi ona görə ki, kreativ mövzu qıtlığı yaşayan partiyalar üçün bu yaxşı imkandır. Amma dəyərli qardaşlar və bacılar, Onlar tənqid etməyində olsun, biz isə arzu edək ki, Azərbaycanın daha yeni-yeni uğurları ürəyimizdə hakimiyyətə gəlsin! Əziz dostlar! Qazanılan uğurların qədrini bilmək lazımdır. Qazanılan nailiyyətlərə sahib çıxmaq lazımdır. Çünki biz əlimizdə olanlara sahib çıxmasaq, ona şərik olmaq istəyənlər çox olacaqdır. 1500 il əvvəl Dədə Qorqud dastanı yaratdıq. Ana dilimizi, milli folklor mədəniyyətimizi göstərdik. Dünya xalqlarının çoxunun nəinki dövləti, heç dili təşəkkül tapmayanda bu dastanda dövlət atributlarını önə çıxardıq. Əgər bizim dilimiz ən qədim və mədəni dillərdəndirsə niyə də öz dilimizə danışmayaq? Hər birimiz ilk növbədə ana dilimizə sahib çıxmalıyıq! 12-ci əsrdə Nizami Gəncəvi Nüşabənin timsalında hökmdar qadın obrazı yaradanda bu gün genderdən bəhs edən bir çox ölkələrdə qadının ən elementar hüquqları yox idi. Biz Nizamimizin, Füzulimizin, Nəsimimizn yaratdığı mədəniyyət incilərinə sahib çıxmadıqca və onların ideyalarını təbliğ etmədikcə başqaları sahib çıxmağa çalışacaqdır. Hər bir gəncimiz öz elminin Nəsirəddin Tusi və Lütfizadəsi olmağı, öz mədəniyyətinin Üzeyir Hacıbəyov, Qara Qarayevi olmağı qarşıya məqsəd qoymalıdır. Hər bir gəncimiz bilməlidir ki, tarixi Azərbaycan torpaqları bu günkü Azərbaycan torpaqlarından dəfələrlə böyük olmuşdur! Və o torpaqların həsrətini ürəyimizdə yaşatmalıyıq! Azərbaycan adıyla Şərqin ilk demokratik dövlətini və ilk demokratik parlamentini yaradan əcdadlarımız Xoyski, Rəzulzadə, Topçubaşovların qadına seçmək və seçilmək hüququnu Avropa və Amerikadan daha tez verməsi ilə öz dövründən irəli gedən maarifçi mesajları və demokratik təfəkkürünün tək o günün Azərbaycanı deyil, bütün dünya üçün aktual olduğunu bilməliyik. XX əsrin əvvəlində olduğu kimi XX əsrin sonunda da parçalanan Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən hifz edildiyini və onun qurduğu Azərbaycanın bu gün dünyada dili, mədəniyyəti, ənənələrinin öz adıyla – Azərbaycan adıyla çağırıldığı bütün dünyanın etiraf etdiyi müasir tariximizdir. Bu gün Azərbaycan kimliyi dünyada tarixdə heç vaxt olmadığı qədər çox təbliğ olunur. Biz bu həqiqətləri unutmuruq, unutmayacağıq, unutdurmayacağıq! Prezidentimiz İlham Əliyevin öz qarşısına və bizim qarşımıza hədəf kimi qoyduğu gələcəyin inkişaf etmiş bir Azərbaycanını əl-ələ, çiyin-çiyinə verərək birgə inşa edəcəyik! `İRƏLİ` sədri olaraq son çıxışımı bitirmədən öncə isə demək istəyirəm ki, `İRƏLİ` mənim üçün heç vaxt bitməyəcək bir ideyadır. Sədr olaraq fəaliyyətimi başa vursam da bu ideyaya inanan minlərlə İRƏLİ üzvündən biri kimi hər zaman təşkilatımızın yanında olacağam.Əziz dostlar! Bizim arzularımız var, ümidlərimiz var! Amma bir həqiqəti unutmayaq! Bizim olduğu kimi insanlarımızın da bizlə bağlı arzuları, bizlə bağlı ümidləri var. Gəlin elə əzmlə çalışaq ki, bizim arzularımız kimi, bizlə bağlı arzular, vətənimizlə bağlı arzular çin olsun və ən əsası Qarabağımız tezliklə bizim olsun! Sizlərdən isə xahişim budur ki, bu dövr ərzində istəmədən bir qüsura yol vermişimsə haqqınızı mənə halal edəsiniz. Fikrimi istiqlal şairlərimizdən olan Mikayıl Müşfiqdən bir parça ilə bitirmək istəyirəm.Mənim könlüm deyir ki, hələ bunlar nədir ki...Böyük günlər, şanlı günlər, şən günlər,

OXŞAR XƏBƏRLƏR