"Hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini qorumağa haqqı var"

"Hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini qorumağa haqqı var"
Siyasət
10:18 11.12.2023
227
Azərbaycan heç vaxt yad torpaqlarını işğal etməyib, eləcə də heç kimin ərazisində gözü olmayıb. Həmişə sülhün tərəfdarı olub.

Ermənistanın işğal etdiyi torpaqları Azərbaycan 30 il ərzində sülh yolu ilə, danışıqlar yolu ilə qaytarmaq istədi. Lakin bu mümkün olmadı. Ermənilər nəinki torpaqlarımızı geri qaytarmaq, hətta yeni ərazilər işğal etmək niyyətində idilər.

2020-ci 8 noyabr tarixində Azərbaycan qələbə çalaraq öz torpaqlarını öz gücü ilə ermənilərdən təmizlədi. Ermənistan noyabr ayının 10-da kapitulyasiya aktına qol çəkdi. Lakin bütün bunlara baxmayaraq bir neçə rayonumuzda Ermənistanın 15 minə yaxın hərbçisi qalmışdı. Antiterror əməliyyatı nəticəsində onlar da tərksilah edildilər. Mülki erməni əhalisinə isə Azərbaycan Prezidenti təklif etdi ki, əvvəldən burada yaşamış ermənilərdən kim istəyirsə Azərbaycan vətəndaşı olmaqla və Azərbaycan qanunlarına əməl etməklə qala bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var və onlar orada belnəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.

Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. 

Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımı şəkildə dəyərləndirilmədi. 

Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Ancaq zamanında təkliflərimizi rədd edən erməni separatçıları bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər”.

Artıq antiterror əməliyyatından sonra Azərbaycan demək olar ki, işğal olunmuş    torpaqlarını tamamilə terrorçulardan təmizlədi və öz suverenliyini bərpa etdi. Onu da qeyd etmək lazımdır ki, nə Vətən müharibəsi vaxtı, nə də antiterror əməliyyatında heç bir infrastruktura ziyan dəyməyib. Azərbaycanın ərazisində yaşayan mülki erməni əhalisi arasında itkilər olmayıb.

Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq, beynəlxalq hüquqa əsasən  öz ərazilərini  işğalçılardan təmizləyib. Hər bir ölkə kimi Azərbaycanın da öz ərazilərini, öz suverenliyini qorumağa haqqı var. Eyni zamanda ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı infrastrukturu yaratdıq və hərbçilərimi üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərə bilinmir nədən danışmağa davam edəcəkdik.

Bizim nəhəng enerji ehtiyatımız var ki, bu gün milli təhlükəsizlik  məsələsidir. Bu, əslində, mövcudluğun müstəqil yaşayış mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik”.

Ermənistan artıq məğlubiyyəti qəbul edib. Qarabağın Azərbaycan ərazisi olduğunu  etiraf edir. 2022-ci il oktyabr ayının 6-da Praqada keçirilən görüşdə də Ermənistanın baş naziri rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb.

İndi Qarabağ yenidən qurulur. Erməni vandallarının söküb dağıtdığı, talan etdiyi ərazilərdə tikinti-quruculuq, bərpa  işləri gedir.  Bir sira rayonlara 30 il əvvəl öz doğma yurd-yuvalarından qaçqın düşmüş soydaşlarımız sevinc hissi ilə qayıdır. Bu işlərin bir az ləngiməsinə səbəb isə ermənilərin ərazilərimiz boşaldarkən vaxtdan istifadə edib basdırdıqları minlərlə minalardır ki, yüzlərlə hərbçi və mülki insan bu minalara düşərək öz həyatnı və yaxud sağlamlığını  itirib.

Bu gün bir sıra ölkələr var ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına mane olur. Ara qarışdırmağa çalışırlar. Ermənistan isə aldanaraq tez-tez fikrini dəyişir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacayıq. Ermənistanın ərazi bütövlüyünü sual altına çəkməkdə bizim daha çox tarixi, siysi və qanuni hüquqlarımız var. XX əsrin əvvəlində Cənubi Qafqaz xəritələri necə olduğunu hamı bilir. Onlar mövcuddur. Bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan götürərək Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən altı aydan az müddətdə baş verib. Həmin ərazi hissəsi bizdən götürülmüşdür”.

İki ölkə arasında razılaşma qarşılıqlı olmalıdır. 1980-ci ilin sonlarında azərbaycanlılar İrəvandan, Göyçədən, Dərələyəzdən və bu kimi keçmişdə Azərbaycan ərazisi olan yerlərdən-öz doğma yurd yerlərindən qovuldular.  Əgər Ermənistan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirsə, onda Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların da hüquqları bərpa olunmalıdır.  Onların da hüquq və təhlükəsizlikləri  qorunmalıdır. Bu qarşılıqlı olmalıdır.

Nizami Zalov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid gizir Vidadi Zalovun atası
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var