"Hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!" - Millət vəkilindən çağırış

SOSİAL
16:25 10.04.2020
628
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çağırışına qoşularaq xəstəlikdən əziyyət çəkən vətəndaşlara öz dəstəyimi göstərmək məqsədilə donor oldum”.

AZXEBER.COM xəbər verir ki, bunu millət vəkili Şahin Seyidzadə bildirib.

Karantin müddətində qan donorların azlığı səbəbindən talessemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün Qan Bankında çatışmazlıqlar müşahidə olunduğunu xatırladan millət vəkili hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa dəvət edib:

"Bu prosesdə öz peşəkarlığı ilə köməklik göstərən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankının personalı başda olmaqla, xəstələrimizə dəstək olan qan donorlarına təşəkkürümü bildirərək, hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!”
 

 

 

 



OXŞAR XƏBƏRLƏR