"Hər gün şəhid qanı bunlara görəmi axır?" - Flora Kərimova yayılan video haqda

"Hər gün şəhid qanı bunlara görəmi axır?" - Flora Kərimova yayılan video haqda
MAQAZİN
17:12 01.04.2019
12070

Buyurun, Millət...

 

Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burda", "nə oxuyub ki", "niyə qarışırsız", "mənə dəxli var?" - deyib keçdiyinizin əks-sədasıdır. 

 

Gözəl Çin atalar sözü var: "bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir ordunu məhv edər".

 

İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də BİGANƏLİKLƏ 31 MART soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə...

 

QADIN adının məsuliyyəti KİŞİ adının məsuliyyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi NƏ ETDİLƏR?! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək  dərd budurmu, MİLLƏT?! Sabah bizim, millət olaraq, namusdan söz düşəndə OĞULLARIMIZIN ÜZÜNƏ ŞİLLƏ KİMİ BU VİDEONU ÇIRPACAQLAR ki, sənin "qadının" budur,  sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!!! Di qalxın bunun altından!!!

 

İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istəyir, onu etməməli idi, ETDİ! Nə düşünür, onu dilinə gətirməməli idi, DEDİ! Acıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar EFİR etikasını pozulanda, bu YARĞANLAR ÇAT olan vaxtlar deyəndə ki, "olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin”... bir çoxları əməllərinə haqq qazandırıb üstümə gəldi və buna ƏKSƏRİYYƏTİNİZ görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri ÖZ dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub, salfetka ilə oynayacaqdı. Və oldu!!! Bunu görmək çoxmu çətin idi?

 

Təəssüf ki, artıq ilmələr sökülüb. Baş Prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, Baş Prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. 

 

Hər gün şəhid qanı bunlara görəmi axır, hər gün analar bunlara görəmi qara geyinir? MİLLƏT, BU OLMAMALI İDİ, BUNU YAŞAMAMALI İDİK, BU YERƏ ÇATDIRMAMALIYDIQ!!!

 

Flora Kərimova,

Azərbaycan Respublikasının ilk xalq artisti

01.04.2019
Lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri  icbari tibbi sığorta ilə qarşılanır
12:08 19.03.2025
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTOLAR
12:04 19.03.2025
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTOLAR
Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün evdə olacaq?
11:56 19.03.2025
Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün evdə olacaq?
Bu gün qısaldılmış iş günüdür
11:53 19.03.2025
Bu gün qısaldılmış iş günüdür
Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?
11:45 19.03.2025
Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Sülh danışıqları bu tarixdə müzakirə olunacaq
11:27 19.03.2025
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Sülh danışıqları bu tarixdə müzakirə olunacaq
"Mahnılarımın ata-anası mənəm, Vəfa isə dayəsidir" - Şöhrətdən maraqlı bənzətmə
11:23 19.03.2025
"Mahnılarımın ata-anası mənəm, Vəfa isə dayəsidir" - Şöhrətdən maraqlı bənzətmə
Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü
11:08 19.03.2025
Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü
Övladları ilə bağlı verilən sual Üzeyiri əsəbiləşdirdi
11:03 19.03.2025
Övladları ilə bağlı verilən sual Üzeyiri əsəbiləşdirdi
İngiltərədə 5 milyonluq qızıl unitaz oğurlandı
10:52 19.03.2025
İngiltərədə 5 milyonluq qızıl unitaz oğurlandı
Məşhur türkiyəli musiqiçi polis tərəfindən saxlanıldı
10:52 19.03.2025
Məşhur türkiyəli musiqiçi polis tərəfindən saxlanıldı
Xalq artisti Tünzalə Ağayeva Xankəndidə - VİDEO
10:42 19.03.2025
Xalq artisti Tünzalə Ağayeva Xankəndidə - VİDEO
İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı
10:42 19.03.2025
İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı
“Kontakt” artıq Naxçıvanda - Açılışa özəl 60%-dək endirim
10:36 19.03.2025
“Kontakt” artıq Naxçıvanda - Açılışa özəl 60%-dək endirim
Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback
10:20 19.03.2025
Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər təqdim ediləcək -   Bu tarixdə
10:03 19.03.2025
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər təqdim ediləcək - Bu tarixdə