“Hər il 600-ə yaxın azərbaycanlı xəstənin dərdinə əlac tapırıq” – Sənan Quliyev

“Hər il 600-ə yaxın azərbaycanlı xəstənin dərdinə əlac tapırıq” – Sənan Quliyev
SAĞLAMLIQ
16:27 05.05.2018
13916

 

Müsahibimiz Türkiyənin ən güvənirli səhiyyə turizmi şirkəti "Healthis Assistance”  rəhbəri, Azərbaycanda səhiyyə turizmi sahəsində tanınmış ekspert Sənan Quliyevdir:


-Sənan bəy, neçə ildir Türkiyədə səhiyyə turizmi ilə məşğulsunuz?

Mən 10 ildən artıqdır ki, İstanbulda yaşayıb, bu sahədə fəaliyyət göstərirəm. Bilirsiniz, səhiyyə turizmi anlayışı hələ Azərbaycanda tam olaraq formalaşmayıb. Elə Türkiyənin özündə də səhiyyə turizmində 2006-cı ildə "Səhiyyə Turizmi Dərnəyi”nin qurulması ilə birlikdə, səhiyyə sisteminin formalaşması, sistemləşməsi, keyfiyyətin artması prosesi başlayıb. Bu xidmətin əsasını, xaricdən gələn xəstələrin ən qısa zamanda və ən düzgün həkimlərə yönləndirilməsi təşkil edir. Və bu sistem artıq 12 ildir ki, Türkiyədə dövlət dəstəyi ilə bir proqram çərçivəsində davam edir. Biz də bunun bir parçası olaraq,dövlətdən asılı olmadan, bir qurum kimi "Healtheast Assistance” sağlıq xidmətləri adı altında fəaliyyət göstəririk. Onu da qeyd edim ki, təkcə Türkiyə ilə deyil, bir sıra xarici ölkələr - Hindistan, İsrail, Cənubi Koreya və digər Avropa ölkələrinin tanınmış xəstəxanaları ilə sıx əməkdaşlıq münasibətlərimiz davam edir.


-Bu bir reallıqdır ki, Azərbaycan Səhiyyəsində müəyyən qədər problemlər var və bu problemlər insanların səhiyyəmizə olan inamını sarsıdıb. Bəs Azərbaycanlıların səhiyyə turizminə marağı nə yerdədir?

Baxmayaraq ki, Azərbaycanda səhiyyə turizmindən istifadə edən insan sayı çoxdur, ancaq buna şübhəli yanaşanlar da var. Yalnız bu xidməti istifadə etdikdən sonra , görürlər ki, səhiyyə turizminə müraciət etmək ən doğru seçimdir. Bunun bir neçə səbəbi var. Məsələn, xəstəxanalara bir başa müraciətdə heç bir xəstəxana, hər hansısa bir pasientə xəstəliyinə uyğun həkim olmadığını deməyəcək. Lakin, səhiyyə turizm firmaları birdən çox xəstəxana ilə əməkdaşlıq etdiyi üçün bilirlər ki, hansı xəstəxanada hansı əməliyyatı edə biləcək mütəxəssizlər var. Buna görə də onlar xəstələrə doğru və müxtəlif alternativləri göstərərək, ən sonda da qiymət fərqini bildirir.


-Bildiyim qədəri ilə sizin şirkət sizə müricət edən xəstələrə qalacaq yerlə təmin edir və müalicə zamanı lazımi sənədlərin təmin olunmasını da təşkil edir. İstərdim bu barədə oxucularımıza daha geniş məlumat verəsəsiniz.

Bəli, bu səhiyyədən kənar, dəstəkləyici xidmət adlandırılır. Xəstələrimiz Türkiyəyə gəldiyi andan etibarən, proseslər bitənədək biz bütün loqistik dəstək oluruq. Onların qarşılanması, sənəd işləri, tərcüməçilik, xəstəxanaya qeydiyyat prosesi və ən əsası uzun müddətli müalicə zamanı Türkiyədə yaşayız yeri qeydiyyatı işini biz şirkət olaraq həyata keçiririk.

 

-Sənan bəy, bəs elə hallar olubmu ki, Azərbaycanda xəstəyə həkim əməliyyat mütləqdir dediyi halda , həmin analizləri Türkiyəyə apardığınızda heç bir əməliyytaa ehtiyac olmadığını desin? Yəni, xəstə nin bunu bilməsi üçün Türkiyəyə gəlməsi şərtdirmi?

Bu hal təkcə Azərbaycanda yox, digər ölkələrdə də baş verir. Ukrayna, Qazaxıstan, Ərəb ölkələri və digər ölkələrdən olan xəstələr gəlmədən sənədlərini göndəriblər, biz sənədləri həkimlərə göstəririk və müalicənin necə olacağı barədə məlumat veririk. Ancaq yaxşı olar ki, pasient özü də gəlsin.


-Maraqlıdır, bu günə qədər sizin xidmətdən istifadə edən xəstələrin konkret sayı nə qədərdir?

Bizə hər il müxtəlif ölkələrdən təxminən 4500 xəstə müraciət edir. Azərbaycanda müriciət edənlər isə təxminən 20-25% təşkil edir. Yəni, il ərzində ortalama 600 nəfərdən çox azərbaycanlı bizə müraciət edir.


-Bildiyimiz qədəri ilə sizin Səhiyyə Nazirliyi ilə birlikdə də layihələriniz baş tutur, burada təlimlər keçirirsiniz. Şirkət olaraq hansı öhdəlikləri hiss edib bu işləri görrüsünüz?

Bizim missiyamız tək Azərbaycandan xəstə cəlb etmək yox, bizim istəyimiz eyni zamanda Azərbaycan səhiyyəsinin inkişafında da əlimizdən gələni etməkdir. Bu çərçivədə biz ATU, AMEA və bir sıra özəl və dövlət xəstəxanalarında tamamilə ödənişsiz konfranslar həyata keçirmişik. Bundan əlavə, bizim şirkətin dəstəyi ilə azərbaycanlı həkimlərin və rezidentlərin Türkiyə xəstəxanalarında ödənizsiz şəkildə tibbi praktika keçməsini təmin edirik.


-Sizin şirkət sosial layihələrdə də iştirak edir. Əməliyyat xərcini ödəyə bilməyən xəstələrə dəstək olur. İstərdim bu barədə məlumat verəsiniz.

Biz hər zaman əlimizdən gəldiyi qədər ehtiyacı olan insanlara dəstək olmağa çalışırıq. Bu dəstəyi xüsusilə xeyriyyəçilər vasitəsilə edirik.


Leyla Rəhimli

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
13:59 27.07.2026
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq
13:55 27.07.2026
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq