Hər il dünyana həddi-buluğa çatmamış nə qədər qız nikaha girir?

MARAQLI
07:34 06.10.2011
1758

AZXEBER.COM-un BBC-yə istinadən verdiyi məlumata görə, hər il dünyada təxminən 10 milyon qız 18 yaşına çatmamış nikaha girir. Əksər ölkələrdə bu, qanunla qadağan olsa da, qızlar zorla ərə verilir. Açıqlamada bildirilir ki, valideynlərin israrına baxmayaraq, vaxtından əvvəl ailə qurmaqdan imtinaya çox az sayda qız nail olur. Bəzi hesablamalara görə, erkən nikahlar, ən çox Hindistanda qeydə alınır – 40%. Burada 8-11 yaşlı qızlar belə, zorla ərə verilir.

OXŞAR XƏBƏRLƏR