Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, mahnı "Dola mənə qolunu" adlanır.
Mahnının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi isə Faiq Sücəddinova aiddir.
Qeyd edək ki, xalq artistinin bu ifası çox böyük maraqla qarşılanıb və mahnı ilk həftədən etibarən 106.3 radiosunda "Xalq parad"ın 10-luğunda liderliyə yüksəlib.
Eyni zamanda mahnı dublyaj formasında da geniş yayılıb. ATV-nin məşhur aparıcıları Nərgiz Məmmədova və Afaq Gəncəli mahnını improvizə ediblər.
Həmin görüntüləri təqdim edirik: