Ölkənin müxtəlif rayonlarında icra hakimiyyəti orqanlarında aparılan əməliyyatlar davam edir. Son günlərdə Qaradağ rayonu, həm də Balakən rayon icra hakimiyyətlərində hüquq-mühafizə orqanları tərəfindən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı əməliyyatlar keçirilib.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində aparılan əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov, Təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Dövlət Əmlak Xidməti əməkdaşı Zülfüqar Mansurov saxlanılıb.
Bundan əlavə, Balakən Rayon İcra Hakimiyyətində də DTX əməkdaşları tərəfindən əməliyyat keçirilib. İcra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə əlaqədar saxlanılıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, həbs və saxlanılma ilə bağlı faktların ümumiləşdirilməsinin doğru olmadığını bildirib:
"Ölkəmizdə korrupsiyaya, rüşvətə və digər bu kimi hallara qarşı mübarizə davamlı şəkildə aparılır və müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən son əməliyyatlar da bu prosesin tərkib hissəsidir. Bu qəbildən olan əməliyyatlar təkcə şəhər və rayon icra hakimiyyətlərində deyil, ayrı-ayrı dövlət təsisatlarında da, daxil olan əməliyyat məlumatları və faktlara əsasən aparılır.
Deputat deyib ki, hər kəs qanun qarşısında bərabərdir:
"Hər kəs bilməlidir ki, qanunvericiliyin tələblərini pozan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, cinayət əməli törədən istənilən şəxs ədalət məhkəməsi qarşısında dayanacaq”.
Şahanə Ziyad










































