Bahar Nəbiyeva... Bəlkə də, çoxunuz onu tanımırsız. Amma o, mükəmməl vücudu ilə artıq fitness aləmində özünə yer edib.
AZXEBER.COM Komanda.az-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olub Ukraynada yaşayan bu qız "youtube" və "instagram"dakı paylaşımları ilə özünə minlərcə təqibçi qazanıb.
İdmana olan sevgisiylə tanınan Nəbiyeva fitness dünyasında ara-sıra tənqidlərə də məruz qalır. Bunun başlıca səbəbi kimi isə ayaqlarının həddən artıq əzələli olması göstərilir. Belə demək mümkünsə, Bahara şöhrəti ayaqlarındakı əzələlər qazandırıb.













