Hər kəs "exchange" aça biləcək - QAYDALAR

Hər kəs "exchange" aça biləcək - QAYDALAR
SOSİAL
10:24 19.04.2017
846
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb.

Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir.

Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsaslarına görə, rezidentlər və qeyri-rezidentlər Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdir.

Dəyişikliyə əsasən, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından "Banklar haqqında” qanuna əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, "Poçt haqqında" qanuna əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və bu qanunla müəyyən edilmiş qaydada lisenziya almış rezident hüquqi şəxs və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) malik olacaq.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilməyəcək.

Qeyd edək ki, hazırda isə valyutanın alışı və satışı AMB-nin müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı-satqısı əqdləri bilavasitə müvəkkil banklar arasında, eləcə də AMB-nin maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsilə həyata keçirilə bilər. Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir.

Təklif edilən dəyişiklikdə qeyd olunur ki, valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizata, təhlükəsizliyə dair tələblər, uçotun, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

AMB manatın sabitliyini təmin etmək məqsədilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutannı alqı-satqısı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və ya bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.

Banklar arasında xarici valyutanın alqı-satqısı əqdləri barədə məlumat AMB-yə təqdim olunur. Bu məlumatın forması təqdim edilməsi qaydası, eləcə də AMB ilə banklar arasında aparılan xarici valyutanın alqı-satqısı qaydası AMB tərəfindən müəyyən edilir. Banklar arasında xarici valyutanın alqı-satqısı AMB-nin maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla müəyyn etdiyi qaydada həyata keçirilir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılşadırmaqla müəyyən ediləcək.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır.

Valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestri yaradılacaq. Maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edəcək. Reyestrə bu fəaliyyətə lisenziya almış şəxslərin adları, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanları, onlara verilmiş, dayandırılmış, ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri haqqında məlumatlar daxil ediləcək. 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər