Hər kəsin gözü önündə arvadını döydü, heç kim reaksiya vermədi - VİDEO

MARAQLI
14:49 28.11.2019
4238
Türkiyənin Qaziantep şəhərində bir qadın azyaşlı qızının gözü önündə əri tərəfindən döyülüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın skamyada oturduğu zaman əri olduğu təxmin edilən bir kişinin hücumuna məruz qalıb.
 
Kişi qadına təpik və yumruqlar vuraraq deyib: "Görək indi Qaziantepdən necə çıxacaqsan?”
 
Ətrafdan keçən insanlar isə hadisəyə heç bir reaksiya verməyərək telefonla videoya çəkiblər. Bu zaman onların yanına balaca qız uşağı gəlsə də, ər buna əhəmiyyət verməyərək döyməyə davam edib. Daha sonra ər uşağın əlindən tutaraq aparmaq istəyib. Uşaq isə onun əlini buraxaraq anasının yanına qaçıb. 
 
Görüntülər sosial mediada paylaşıldıqdan sonra polis araşdırma başladıb.
 
Mələk Cabbar
 

OXŞAR XƏBƏRLƏR