Hər kəsin maraqla gözlədiyi "Kurtlar Vadisi" serialı bu tarixdən efirə qayıdır

Hər kəsin maraqla gözlədiyi "Kurtlar Vadisi" serialı bu tarixdən efirə qayıdır
DÜNYA
11:41 24.01.2023
251
Məşhur aktyor Necati Şaşmaz "Kurtlar Vadisi"nin yanvar ayında ekranlara dönəcəyi xəbərini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, maraqla gözlənilən serialın hansı kanalda tamaşaçı ilə görüşəcəyi də bəlli olub. Çağlar Ərtoğrul və Kənan İmirzalıoğlunun iddiaları da həyəcan yaradıb.

Türkiyə televiziya tarixinin unudulmaz əsərlərindən olan "Kurtlar Vadisi" serialındakı "Polat Alemdar" obrazı ilə yadda qalan məşhur aktyor Necati Şaşmaz TRT Music-də qatıldığı canlı yayımda Mazhar Alansonun suallarını cavablandırıb. Çoxdan gözlənilən layihə üçün yeni iddia irəli sürülüb.

Ustad aktyor serial haqda belə deyib:
 
"Kurtlar Vadisi"ndə 397 bölüm oynadım, həyatımın 20 ilini "Kurtlar Vadisi" ilə keçirdim. Dəyərli amma yorucu bir iş olduğu üçün ara verməli olduğumuzu düşündük. Yenidən serial tələb olunmağa başladı. Əgər mümkün olsa, baş verəcək, məncə, yanvarı görəcəyik".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR