Oktyabrın 10-da, səhər saatlarından Ukraynanın bir neçə şəhərində partlayış səsləri eşidilir. Rusiya Ukrayna şəhərlərini raketlərə məruz qoyub, nəticədə çoxlu ölü və yaralı var. Ukraynanın paytaxtı Kiyev də zərər çəkib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, ukraynalı məşhurlar kütləvi hücuma reaksiya verib və Kiyevdəki partlayışın nəticələrini əks etdirən ağrılı kadrlar nümayiş etdiriblər.
Teleaparıcı Lesya Nikityuk göz yaşları içində pərəstişkarları ilə əlaqə saxlayıb. O bildirib ki, Ukraynaya kütləvi hücum Rusiyanın ölümdən əvvəl son cəhdidir.
Müğənni Volodimir Dantes qeyd edib ki, Ukrayna xalqının soyqırımına görə məsuliyyət bütün rusların üzərinə düşür:
"İndi bütün Ukraynanı raketlər vurur. Ona görə də ölkəmiz cavab verəndə təəccüblənməyin. Ən əsası isə qaçmayın”.
Ukraynalı məşhur teleaparıcı Katya Osadça bütün ukraynalıları sığınacaqlarda qalmağa və özlərini qorumağa çağırıb. O, həmçinin Ukraynada atışma nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
"Düşmən bizi bir daha, həm də mənəvi cəhətdən qırmaq istəyir. 24 fevraldan indi böyük fərq var, indi biz daha güclüyük və panikaya düşməyəcəyik. Biz bir yerdəyik, bir-birimizə kömək edirik”.
Ukraynada baş verən kütləvi hücuma teleaparıcı Yuri Qorbunov da münasibət bildirib. O bildirib ki, ruslar ancaq bu yolla qisas ala bilərlər, amma biz ruhdan düşməməliyik:
"Kiyevdə və bütün Ukraynada səhər yaxşı olmadı! İnsanlar ancaq belə iyrənc qisas ala bilər! Özünüzə diqqət edin! Hamı sığınacaqda qalsın! Və ruhdan düşməyin! Biz qalib gələcəyik! Biz sağ qalacağıq".
Aydın