"Hər parıltının arxasında alın tərim, sonsuz zəhmətim dayanır" - Abbas

"Hər parıltının arxasında alın tərim, sonsuz zəhmətim dayanır"  - Abbas
MAQAZİN
15:34 13.06.2025
262
"Hər parıltının arxasında alın tərim, hər uğurun arxasında sonsuz zəhmətim dayanır. Və bu zəhmət — işin gözəl nəticəsində görünməz bir şəkildə parlayır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb.
 
"Zəhmətə dəyər vermək üçün, gərək o zəhmətin içindən keçmiş olasan… Gərək həyatı yalnız şikayət etmədən deyil, olduğu kimi sevə biləsən. Ancaq o zaman gördüyün işin dəyərini, arxasında duran əziyyəti və fədakarlığı anlayarsan. Çöldən baxanda hər şey gözəl görünə bilər — amma səhnə arxasında bəlkə də gecə-gündüz, tək qalaraq, səssiz mübarizə aparılıb. Mənim işimdə də belədir: hər parıltının arxasında alın tərim, hər uğurun arxasında sonsuz zəhmətim dayanır. Və bu zəhmət — işin gözəl nəticəsində görünməz bir şəkildə parlayır" deyə o bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR